6 Yanvar 2022 13:22
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyənin TV8 kanalına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı Afrikada həyata keçirəcək sosial layihəsindən danışıb: "Afrikaya getdik. İnşallah, oraya ömrümün sonuna qədər yardım edəcəm. Düzdür, istəmirəm ki, o insanlar ömrümün sonuna qədə elə yaşasınlar".

Aparıcı daha sonra İnstaqram hesabında bu sözləri qeyd edib:

"Bu yaxınlarda bir dostum mənə məsləhət gördü ki, verilişdə artıq yardımlar, aksiyalar etməyək, dəyişək. Elə ilk anda etiraz etsəm də, sonra yenə düşündüm və dostuma dedim ki, ömrümün sonuna qədər bu verlişi aparsam belə, imkansızlara yardım etməkdən, qəlbi qırıq körpələri xoşbəxt etməkdən əsla imtina etməyəcəm. Tək öz ölkəmdə yox, yardıma ehtiyacı olan hər yerə gedəcəm.

Afrika da mənim xəyallarım sırasında idi və ona doğru gedirəm. İnşallah, hər zaman orada olacam, əlimdən gələni edecəm. Bu dünyada qalacaq tək şey yaxşı əməllərdir, Allah hər kəsə nəsib etsin. Bu arada mənə bu işdə dəstək verən, həvəsləndirən Türkiyədəki dostlarıma, media nümayəndələrinə təşəkkür edirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər