Əməkdar artist Gülüstan Əliyeva Azad Azərbaycan Televiziyasında şəhid həyat yoldaşı haqda etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Gülüstan Əliyeva şəhid həyat yoldaşının son nəfəsində yanında olmadığını deyib: "11 ay evli olduq. Qayınatam və qayınanam həyat yoldaşımın son nəfəsində yanına buraxmadılar. Dedilər ki, gəlmə, vəziyyəti çox pisdir, səni görmək istəmir. Guya həyat yoldaşım deyib ki, istəmir onu elə görüm. Hələ sağ idi, dəhlizdə o tərəf, bu tərəfə gedirdim. Fikirlərşirdim ki, kimsə olmayan zaman içəri girərəm və onu görərəm. Bir addım məsafə olduğu halda onu görə bilmədim.
Həmişə zarafatla deyirəm ki, iki şəkil və 317 gün bərabərdir bir ömür. İllər sonra dedilər ki, məni çağırırmış, adımı sayaqlayırmış ki, ona sözüm var, Rüfəti tapşırmaq istəyirmiş. Amma heç kim məni çağırmadı. Çox təəəsüf ki, onun son sözünü, istəyini eşidə bilmədim. Məni bu həyatda tutan və həyatda qalmağımın səbəbkarı oğlumdur".