7 Yanvar 2022 12:49
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Çimnaz Soltanova ilə stilist Elnur Həsənov arasında qalmamaqal baş verib.

Teleqraf.com xəbər verir ki, Çimnaz Soltanova stilist haqqında bu sözləri qeyd edib: "Bir azərbaycanlı kişisi, görəsən, qadının ayaqları yanında oturub, poza verib şəkil çəkdirməklə nə demək istəyir? Xahiş edirəm, dil və ağzınızı üç faizlik perekislə yaxalayıb, dizinfeksiya edəsiniz, sonra adımı dilinizə gətirin. Gör, mənə kim söz atır!

Dəyərli vaxtımı sərf edib, səhifənə göz atdım. Baxdım və şoka düşdüm. Azərbaycanın saf və təmiz gəlinlərini, deyəsən, Avropanın porno-ulduzları ilə səhv salmısız. Ürəyinizdən belə gəlin bəzəməkdən, erotik fotosessiya etdirib, makiyaja yox, sinə görüntüsünə üstünlük vermək keçirsə, Avropaya gedib, erotik filmlərdə çəkilən aktrisaları bəzəməyiniz məsləhətdir".

Qeyd edək ki, Elnur Həsənovun aktrisa haqqında "Çimnaz Soltanovanı bir serialdan başqa heç yerdə görməmişəm. Yadımda dekolte geyimləri, qısa ətəkləri ilə qalıb. Məncə erotik aktrisa olmaq, erotik səhnələrə çəkilmək istəyir, bura Azərbaycandır" fikrini bildirməsi ikili arasında qalmaqala səbəb olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər