Əməkdar artist Manana Caparidze ilə həyat yoldaşı, biznemen Georgi Qabalevin evliliyinin 14 ili tamam olub.
Teleqraf.com xəbər verir ki, Manana İnstaqramda video paylaşaraq həyat yoldaşının ünvanına xoş sözlər səsləndirib: "Bizim əvəzolunmaz sevgimizin 14 ili tamam oldu. Hər gün Allahıma bu hədiyyəni, saf sevgini, ailəmi və ümumiyyətlə hər şeyi mənə bəxş etdiyinə görə şükür edirəm. Biz öz sevgimizi göz-bəbəyimiz kimi qoruyuruq".
Qeyd edək ki, Manana Caparidze ilə Georgi Qabelavin iki övladı var.