Əməkdar artist Aybəniz Haşımovanın qızı, blogger-müğənni Aynişan Quliyeva Fransaya uzunmüddətli gedib.
Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva bu haqda İnstaqram səhifəsində məlumat verib.
"Altı aylıq viza almışam. Çox rahatam, sanki burada yaşayıram. Turist kimi deyil, yerli əhali kimi dincəlmək istədik", - o bildirib
Aynişan Quliyeva şəbəkə izləyicisinin "Sevgi üçün mübarizə apararsınız?" sualına isə "Sevən mübarizə aparar. Heç bir qadın tez məğlub olan kişini sevmir",- deyə cavab verib.