13 Yanvar 2022 14:00
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Hüsniyyə Məhərrəmova müəllimlərin şagirdi döyməsinə haqq qazandıranları sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, Hüsniyyə Məhərrəmova İnstaqramda bu sözləri yazıb: "Məktəb direktorunun uşağı vurmasına bəraət qazandıranların fəlakətli dərəcədə çox olmasını nəzərə alaraq təklif edirəm. Yol hərəkət qaydalarını pozarkən Yol Polisi bizə cərimə yazmaq əvəzinə qəşəng bir şillə vursun. "Bizi də müəllim döyüb də, söyüb də, zərimiz tökülməyib ki", "Ağbirçək şilləsidir, nə şişirdirsiniz?", "Guya bizi döyməyiblər, nə olsun ki, tərbiyə edir", "Bəzi uşaqlar tərbiyəsizdir, onları elə vurmaq lazımdır ki, ağılları başın gəlsin" və sair bu kimi şərh yazan hormonoidlər, xəstə, yaltaq cəmiyyətin kökləri elə sizmişsiniz!"

Qeyd edək ki, aparıcı Turan İbrahimov Hüsniyyə Məhərrəmovadan fərqli olaraq müəllimlərin müdafiəsinə qalxmışdı. "Vaxtı ilə müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik, valideyinimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi. Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik institunun nə hörməti qalacaq, nə də nüfuzu", - demişdi.

Xatırladaq ki, bir neçə gün öncə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərinə əl qaldırması birmənalı qarşılanmamışdı.


Müəllif: Rəqsanə Həsənova