15 Yanvar 2022 16:15
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Vüsalə Əlizadənin adından dələduzluq edilib.

Teleqraf.com xəbər verir ki, Vüsalə Əlizadə "7 canlı" verilişində adından Tiktok sosial şəbəkəsində saxta səhifə açıldığını və pul yığıldığını deyib:

"Tiktok sosial şəbəkəsində səhifəm yoxdur. Orada adımdan səhifə açılıb. O insanlarla ciddi səviyyədə məşğul olacam. Bilmirəm kupon qazanmaq nə deməkdir?! İnsanlara yalvarışlar, canlı yayım açıb, Vüsalə kimi kənarda durmaq və s. Çox yaxından tanıdığım adamlar mənə deyirlər ki, canlıya niyə bizi qəbul etmirsən? Deyirəm ki, mən Tiktokda yoxam. Bu qədər rəzillik, cahillik etmək olmaz. Bir az özünüzə çəki-düzən verin. Bu işlə ciddi şəkildə məşğul olacam".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər