17 Yanvar 2022 14:40
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Xəzər televiziyasında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Mahir Emreli Polşada insanların onu xoş qarşıladığını deyib:

Futbolçu Polşadakı azarkeşlərindən də danışıb: "Polşalılar bizim kimi emosionaldırlar. Məni çox yaxşı qarşıladılar. İlk gündən komandaya alışdım. Kubok oyununa getmişdik, balaca azarkeş yaxınlaşdı və forma istədi. Polyaklar mənə çox diqqət göstərirlər. Hətta Sloveniya ilə oyundan çıxandan sonra bir polşalı azarkeş "Mahir çox sağ ol" deyə qışqırdı. Mənə belə yanaşmaları və Azərbaycan dilində sözlər öyrənmələri çox xoş olur".

Mahir Emreli maaşından da danışıb: "Sezon əvvəli müqavilə imzalayırıq və hər ayın 15-i hesabımıza pullar köçürülür".

Mahir Emreli "Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovla münasibətinə də toxunub: "Ürəkdən güldüyünü yox, amma gülümsədiyini görmüşəm. Polşada da Qurban məüllimlə əlaqə saxlayırdıq. Qurban müəllim heç vaxt məndən inciməz, mən də onu o həddə çatdırmaram. Onun yeri ayırdır. O mənə həmişə baş məşqçi, böyük qardaş, ata olub".

Mahir Emreli futbol karyerasına son qoyacağı vaxtı da açıqlayıb: "Futbol karyerama 34-35 yaşımda son qoymaq istəyirəm".

Futbolçu "Ən çox hansı komandaya transfer olmaq istəyirsən" sualına isə "Qalatasaray" futbol komandasına...", - deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər