6 May 2014 22:51
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Don Noel burnunu qırmış məşhur müğəni Britni Spirsi məhkəməyə verib.

Hadisə musiqili klipin çəkilişinə hazırlıq əsnasında olub. Məşqdə müğənni təsadüfən rəqqasəni əli ilə vurub. Bu da burunun qırılmasına səbəb olub.

Qızın sözlərinə görə, burnunun çartıltısı elə güclü olub ki, məşqdəkilərin hamısı bu səsi eşidib. Müğənni isə üzr istəyərək məşqinə davam edib. Yarım saatdan sonra qız tibbi yardım üçün müraciət edib. Həkimlər ona burun çəpərinin qırılması diaqnozunu qoyublar.

Donun sözlərinə görə, müğənninin agentləri əvvəlcə bütün əməliyyat xərclərini ödləyəcəklərinə söz veriblər. Amma bir neçə aydan sonra qız dəyən zərərin ödənilməsi ilə bağlı imtina cavabı alıb. İndi Britni Spirsə qarşı qaldırılmış iddiaya Los-Anceles məhkəməsi baxacaq./anspress/


Müəllif: