21 Yanvar 16:19
476

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevin ''TV 8'' kanalında yayımlanan "Survivor All Star" yarışmasında hansı komandada yarışacağı bəlli olub.

Pərviz Abdullayevin qardaşı Faiq Abullayev Teleqraf.com-a bu sözləri deyib: "Qardaşım hazırda Dominikan Respublikasındadır. "Ünlülər" komandasında yarışmalıdır, amma bu, hələ ki dəqiq deyil. Yarışacağı komanda dəyişə bilər".

Qeyd edək ki, Pərviz Abdullayev vaxtilə "Survivor 2020" yarışmasında da "Ünlülər" komandasında iştirak edib.


Müəllif: Rəqsanə Həsənova