21 Yanvar 2022 14:28
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova atası haqda paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

"Ata, görəsən, indi haralardasan? Bəlkə, günəşin ışıltısında, yarpaqların həzin pıçıltısında, təbiətə naz edən bir bahardasan... Bəlkə, sonu görünməyən səhralardasan? Bəlkə, sən də zəmanəmizdən gileylisən? Bəlkə də çarəsiz köksünü ötürüb heyifslənirsən layiqsiz əhatəmizdən..."


Müəllif: Rəqsanə Həsənova