21 Yanvar 2022 20:38
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə kinosunun ulduzu Hazal Kaya bu gün Azərbacanda "Park Cinema Flame Towers"də baş tutan “Benden Ne Olur?” filminin gala gecəsinə qatılıb.

Teleqraf.com xəbər verir ki, Hazal Kaya ölkəmiz haqqında təəssüratlarını bölüşüb:

"Bakıya səhər saatlarında gəldik, şəhəri gəzə bilmədik. Gəzmək fürsətimiz olmadı.
Filmin çəkilişləri pandemiyanın ən çox yayılan vaxtına düşdü. Bir az qorxurduq. Amma hamımız üçün rahat oldu. Evdən çıxdıq, işləməyə başladıq. Filmdə dostlarımızla birlikdə çalışdıq. Çox yaxşı anlarımız oldu. Çox xoşbəxt və həyəcanlıyıq. Görək, filmimiz tamaşaçılar tərəfindən necə qarşılanacaq".

Aktyor Enis Arıkan ölkəmizə ilk dəfə gəldiyini deyib: "Azərbaycana ilk dəfə gəlirəm. Şəhəri çox az gəzdik. Restorana getdik, çox dadlı yeməkləriniz var. Xəngəl yedim, dadına doymadım".

Qeyd edək ki, filmdə Hazal Kaya, Onur Tuna, Enis Arıkan, Elçin Afacan, Cem Belevi, Tarık Pabuçcuoğlu, Nur Fettahoğlu, Selin Şekerci kimi bir çox məşhurlar çəkiliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər