Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya fanatı tərəfindən hücuma məruz qalmasından danışıb.
Teleqraf.com xəbər verir ki, Etilerdəki evinin yaxınlığında problem yaşayan Serenay Sarıkaya səssizliyini pozub: "Evimə qədər gəlib belə ciddi hərəkət edəcəyini düşünməmişdim. Polisə şikayət etdik, ümid edirəm ki, irəli getmədən həll olar".
Qeyd edək ki, aktrisa evinin yaxınlığında fanatı tərəfindən təhqir edilib və avtomobili cızılıb.