22 Yanvar 23:13
572

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev TV 8 kanalında yayımlanan "Survivor All Star" yarışmasına qoşulub.

Teleqraf.com xəbər verir ki, Pərviz Abdullayev yarışmaya ehtiyatda olan iştirakçı kimi qatılıb.

Pərvizlə yanaşı Nisa Bölükbaşı, Yunus Emre Özden və Ayşıl Özaslan da yanvarın 15-dən start verən müsabiqəyə bu gün ehtiyatda olan iştirakçı kimi daxil olub.

Qeyd edək ki, Pərviz Abdullayev vaxtilə "Survivor 2020" yarışmasında da "Ünlülər" komandasında iştirak edib.


Müəllif: Teleqraf.com