24 Yanvar 2022 17:11
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabah Bakı Apellyasiya Məhkəməsi baş tutacaq. Məhkəmə öncəsi Yasamala çağırır ki, gəl saçlarını yolacam".

Bu sözləri Teleqraf.com-a əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova deyib.

O, Mətanət İsgəndərlinin qardaşı qızı Mələk İsgəndərli tərəfindən təhdid edildiyini açıqlayıb: "Sosial şəbəkədə mənə yazıb təhqir edir. İşləri ancaq dava və təhqirdir. Deyən lazımdır, axı, sən kimsən?! Onu güclə öz qohumuna verdilər, amma bir il saxlamadılar. İndi mənə hədə-qorxu gəlir. Mədəniyyətsiz insandır. Ona zəng etdim ki, sənin dərdin nədir, mənə cavab verir ki, Yasamala gəl, səni başa salacağıq".

Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu ikinci dəfə Aysel adlı xanımla evlənib. Onun Canana ilə nikahından üç övladı var.




Müəllif: Rəqsanə Həsənova