Türkiyəli modelyer Məhməd Köymən Türk Böyrək Vakfı üçün dəfilə keçirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə azərbaycanlı model Günay Musayeva da podiuma çıxıb. “Respublika qadınları” adlı kolleksiyanın nümayişində sənət aləminin tanınmış simaları iştirak edib. Gecədə Günayla yanaşı İpək Tanrıyar, Tuğçe Sarıkaya, Özləm Karaoğlu kimi modellər də podiumda görünüb.
Qeyd edək ki, G.Musayeva uzun müddətdir İstanbulda yaşayır. Aktyor Tolqa Karellə ailə quran modelin bir oğlu var.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm