Əməkdar artist Dilarə Əliyevanın ARB televiziyasında aparıcılığını etdiyi "Söhbət var" verilişində qəribə hal yaşanıb.
Teleqraf.com xəbər verir ki, xalq artisti Aygün Kazımovanın doğum gününə həsr edilən verilişdə əməkdar artist Ədalət Şükürov özünü yerə atıb.
Buna səbəb Dilarə Əliyevanın Aygün Kazımovanın mahnılarından ibarət şeiri səsləndirməsi olub. Bu zaman ifaçının şou göstərməsi diqqət çəkib.
Aygün Kazımova isə "Efiri saxlayın" deyə reaksiya göstərib.
Verilişdə müğənni Elnur Məmmədov da iştirak edib.