26 Yanvar 2022 17:49
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova ilə stilist Elnur Həsənov arasında qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, stilist Elnur Həsənovun "Deməsən olmaz" verilişində müğənni haqqında "Tamaşaçı önünə bu cür çıxmağa ixtiyarın yoxdur" deməsi Elnarə Xəlilovanı özündən çıxarıb.

Elnarə Xəlilova İnstaqramda hekayə bölümündə stilistə şeir həsr edib.

Kimsən axı, bir xəbər ver.
Saç ustası, ya qrimyor.
Stilist, skeptist, imagemaker.
Diskdaşıyan, ya kontrolyor.
Məncə özünü az yor.

Müğənni Lalə Məmmədova isə stilist Elnur Məmmədovun müdafiəsinə qalxıb. O, İnstaqamda ad çəkmədən bu sözləri qeyd edib: "Həddini bilmədikdən sonra çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın, çünki susan danışsa dözən olmaz".


Müəllif: Rəqsanə Həsənova