20 Noyabr 2014 12:00
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli iş adamı Yurdal Sərt məhkəməyə müraciət edərək, keçmiş həyat yoldaşı modelyer İvana Sərtə soyadını istifadə etməsi üçün verdiyi icazəni ləğv etmək istəyir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yurdal “Soyadımı ləyaqətlə istifadə etmir. Kişilik qürurumu alçaldır” söyləyib. Belə ki, İvana "Smiljkoviç" olan qızlıq soyadı yerine keçmiş əri Yurdal Sərtin soyadını istifadə edir. O, bunun üçün məhkəməyə müraciət edib. Ailə məhkəməsi Yurdal Sərtin razılığı ilə icazəsi verib.

Qeyd edək ki, Y.Sərt İvananın Sərdar Akımanla birlikdə olmağına münasibətində "Yaxşı adama bənzəyir. İvananı xoşbəxt etsin yetər" deyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər