27 Yanvar 2022 15:50
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova MTV Azərbaycan televiziyasına etiraflı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, o, "Özünüzə nə arzulayırsınız?" sualına cavabda deyib: "Övladım sağlam və xoşbəxt olsun. Ən böyük arzularımdan biri də özümlə, sənətimlə bağlıdır. Konsertimin səhərisi gün konsert düşünən insanam. Bu yolu seçəndə birinci dava etdiklərim valideynlərim olublar. Nəyi arzulayıram, onun üçün bütün maneələrin öhdəsindən gəlirəm. Ən böyük rəqibim özüməm. Siz narahat olmayın, heç kimi özümə rəqib görmürəm".

Xalq artisti özünə böyük mənzil arzuladığını da etiraf edib: "Ev arzusu... Nəyə görə istəyirəm ki, böyük evim olsun?! Qarderobumu, aksessuarlarımı bir yerə yığmaq istəyirəm. Böyük bir otağı muzey edərdim. Bəlkə mənə möhtəşəm ev bağışladılar, bilmək olmaz..."

Xalq artisti "Ölkənin əsas ulduzu olmaq necə bir hissdir?" sualına isə belə cavab verib: "Çox gözəl hissdir, 24 saat özünü xoşbəxt hiss edirsən. Çox məsuliyyətlidir, ad çox ağırdır. Ada layiq olmaq, illərlə onu qoruyub saxlamaq çətindir. Gənc vaxtlarımda müsahibələrimə baxıram ki, "mən sevirəm", "ayrıldıq", depressiya vaxtı "depressiyadayam" və sair demişəm. Böyüyə-böyüyə anlayırsan ki, tək bir insanın sevgisi olmasa da yaşayırsan".


Müəllif: Rəqsanə Həsənova