28 Yanvar 2022 15:03
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərli "Kanal S" kanalında vəzifə verilən müğənni Roza Zərgərlini tədbirli olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli İnstaqram səhifəsində bu sözləri yazıb:

"Həyatın hər üzünü görüb, bir üzdən çıxış edən güclü qadın, səni təbrik edirəm. Kanala böyük qazanc gətirəcəyinə əminəm. Sən çox mərd, cəsur qadınsan. Bir tövsiyəm də var, çalış ürəyinin düzgünlüyündən çox istifadə etməsinlər".

Qeyd edək ki, Roza Zərgərli "Kanal S"də baş prodüser vəzifəsini icra edəcək. Sözügedən kanalın direktoru Rəşad Məmmədovdur.


Müəllif: Rəqsanə Həsənova