Müğənni Doğuş ARB telekanalında yayımlanan “Səni axtarıram” verilişini bu gündən həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı ilə birlikdə aparmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Doğuş həyat yoldaşının "Görək Doğuş bəy verilişi necə aparacaq?" sualına "Mən daxilimdən gəldiyi kimi danışan insanam. Mənə çox güvənmə...",- deyə yarızarafat cavab verib.
Müğənni daha sonra "Türkiyə və Azərbaycan qardaş ölkədir. Biz hamımız türkük", - deyə qeyd edib.