1 Fevral 2022 12:50
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci həyat yoldaşından ayrıldığını deyən xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Naibə Allahverdiyeva İnstaqramda həyat yoldaşı ilə foto paylaşaraq yenidən bir araya gəldiklərinə eyham vurub: "İnsan güclü olduğu üçün ağlamaz, uzun zaman güclü olduğu üçün ağlar".

Daha sonra şəbəkə izləyiciləri tərəfindən tənqidə məruz qalan Naibə Allahverdiyeva özündən çıxıb: "İç dünyası kiflənmişlərə yazığım gəlir, həyat o qədər qısadır ki, görün ömrünüzü nəyə sərf edirsiniz... Yuxudan oyanın! Allah insana o qədər duyğular bəxş edib ki, niyə bunlarla ruhunuzu qidalandırmırsınız? Doğrudan da Allah bəzi adamları yalnız dünyanı doldurmaq üçün yaradıb. Sevin və sevilin, dünyanızı gözəlləşdirin".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər