2 Fevral 2022 13:34
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı cəmiyyətdə qadınların əzilməsinə diqqət çəkərək onların müdafiəsinə qalxıb.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı kişiləri günahlandırıb: "Bir daha qadın olmağın nə qədər ağır, çətin olduğunu anladım. Hər kəs səndən umur, gözləyir. Qadınsansa dürüst, ağıllı, sədaqətli, halal, hörmətli, etibarlı sən olmalısan. Bəs, kişi?! O kişidir, ona görə hər şey olar, xəyanət də edər, oğurluq da. Kürəyinə xəncər də vura, öz mənfəəti üçün səni sata da bilər. Çünki o kişidir...

Ailə dağılırsa, qadındır günhakar, uşaq oxumursa, gələcəkdə avara olacaqsa yenə günahkar qadındır. Uşaq tərbiyəlidirsə, atasına halaldır, məktəbi yaxşı bitirdisə “bravo filankəsin oğluna”. Yəni ailədə bir şey pisdirsə, günahkar qadındı, yaxşıdırsa bravo ataya... Nə deyim...

Bütün əzablarımı, övladım üçün mübarizəmi, anamın “qadın susar, ailəsini dağıtmaz” nəsihətlərini düşündüm, ağladım və hələ də ağlayıram… Bəlkə də xoşbəxtəm qızımın dərdini, acılarını görməyəcəm. Yüksək, hamının duya biləcəyi bir səslə ağlamaq istəyirəm, amma yan otaqda yatan əkizləri düşünürəm. Göz yaşlarım içimə axır, hər zaman olduğu kimi… Axı, kimsə zəif olduğumu bilməməlidir. Axı, mən qadınam, dözümlü olmalıyam!".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər