3 Fevral 2022 11:31
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Afət Fərmanqızının həyat yoldaşı Mamed Nanacanov evə buraxılıb.

Teleqraf.com xəbər verir ki, müğənni bir neçə gün öncə Xəzər Rayon Polis İdarəsi tərəfindən saxlanılan Mamed Nanacanovun evdə olduğunu deyib: "Hazırda obyektiv araşdırma başlayıb. Mən inanıram ki, Bakı şəhər Baş Polis İdarəsi haqq-ədaləti bərpa edəcək. Buna görə Daxili İşlər naziri Vilayət Eyvazova dərin təşəkkürümü bildirirəm".

Qeyd edək ki, ifaçı həyat yoldaşının Vaqif İsayev adlı şəxsi təhqir etdiyi üçün saxlanıldığı və həmin şəxsin Mamed Nanacanova 200 min dollar pul borcu olduğunu demişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər