5 Fevral 2022 11:17
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Sevinc Əliyeva yutub kanalında yayımlanan "Bir sualım var" verilişində etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aktrisa filmlərdə çox çəkilməsinin səbəbini açıqlayıb:

"Bu peşəkarlıqla bağlıdır. Gözəl xanımlar çoxdur. Mən kastinqlərdə də iştirak etmişəm. Yaxşı bir işdə gözəllik o qədər önəmli deyil. Daha çox istedad və bacarığa üstünlük verilir, sonra da xarici görünüşüm".

Sevinc Əliyeva teatrda fəaliyyət göstərməməsinin səbəbi haqda bunları deyib:

"Vaxtında teatra getmədim. Universiteti bitirdim və ailə qurdum. O zaman teatrla ailə bir arada mümkün deyildi, məşqlər və s. Bu gün teatrda cavan aktyorlarımız var. Mənə hazırda teatrdan təklif gəlməyib. İş təklifi gəlsə belə razılaşmaram. Çünki daim teatrda işləyə bilmərəm. Çünki başqa işlərim də var, işlə yanaşı ailəm...Teatr çox vaxt apararır. Amma festival tamaşalarında oynaya bilərəm".

Aktrisa Azərbaycanda "TikTok" sosial şəbəkəsinin bağlanmasını da təklif edib:

"Çox istəyərdim ki, "TikTok" sosial şəbəkəsi Bakıda bağlansın. Ya nəzarət edilsin ki, bəzi insan tipajlarının danışıq tərzini eşitməyək. Yaxud da ümumiyyətlə bağlansın. Bəzi ölkələrdə "TikTok" məhdudlaşdırılıb. Mən uşaqlarımı "TikTok"dan qoruyuram. Hər bir evin öz tərbiyə sistemi var".

Aktrisa sevgidən də danışıb: "Elə insanlar da var ki, həyatda da aktyor kimi yaşayırlar və təriflənməyi çox sevirlər. Onun peşəyə heç bir aidiyyatı yoxdur. Ona görə də hər bir insanı tərifləyin, sevin, eqosunu qidalandırın. İncəsənət insanları çox duyğusaldırlar. Ona görə sənət adamları bir-biri ilə daha çox ailə qururlar. Amma xanım mühasib və həkim də işləsə sevgiyə, qayğıya ehtiyacı var. Sadəcə yaradıcı insanlar daha emosionaldırlar. Kişilər qadınlara sevgilərini səmimi bildirməlidirlər. Hissini xanım bilsin deyə deməlidir, görüşək, gəzək yox, yəni ki məqsədli şəkildə deyil. İnsanı xoşbəxt etmək üçün hissini deyirsənsə, o gözəl alınacaq. Əslində, sevgi digərini xoşbəxt hiss etmək istəyindir. Ən gözəl sevgi odur ki, sənin etirafından digər insan xoşbəxt olsun".

Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla evli olub. Cütlüyün üç övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər