7 Fevral 2022 14:38
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova Xəzər televiziyasında yayımlanan "Şourum" verilişində qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com-un xəbərinə görə, stilist Elnur Həsənovla qalmaqal yaşayan müğənni ona cavab verib.

İfaçı ünvanına "Tamaşaçı önünə bu cür çıxmağa ixtiyarın yoxdur" deyən stilistə bu sözləri deyib:

"Mən geyinəndə siz hələ yox idiniz. Bu nədir geyinmisən, tamaşaçı qarşısına belə çıxmağa ixtiyarın yoxdur və sair deyə bilməzsiniz! Mən bəyəm sizə deyirəm ki, niyə belə geyindirmisiniz?! Sizin də geyindirdikləriniz mənim xoşuma gəlmir. Şəxsən mən elə geyinmərəm. Mənim seçimimə hörmət edin! Hər şeyi fırladıb, ana olmağıma bağlayırlar. Əlbəttə, üç oğul böyüdürəm. Hansısa sözü ağzınızdan çıxarmadan öncə fikirləşin ki, qarşınızdakı 18 yaşlı uşaq deyil. 42 yaşın içindəyəm və bəlli bir həyat yolu keçmiş xanımam. Sənətə dünən gəlməmişəm ki, mənə yol göstərəsiniz".

Elnarə Xəlilova müğənni Lalə Məmmədova ilə münasibətindən də danışıb: "Lalə Məmmədova mənim canımdır, rəfiqəmdir və telefonu hər an götürüb, zəng edəcəyim adamdır. Mən gözləyirdim, zəng edib desin ki, Elnarə, şeir yazmısan, orada mənə söz atmısan? Mən də deyəcəkdim ki, yox, sən özünü harada gördün!? Söhbət Elnurun yaratdığı obrazlardan gedir. Yalnız Lalə Məmmədovanı makiyaj etmir! Sevda Yahyayeva, Brilliant Dadaşova, Röya Ayxanı və şou-biznesin yarısını makiyaj edir.

Bəli, mən gördüm ki, TRT kanalında Elnur Həsənovun yaratdığı Lalə Məmmədovanın obrazında dərin dekolte var idi. Və TRT kanalı o dekolteni bağlatdırdı, özü də yaşıl parça ilə. Biri mənə başa salsın ki, qara parçanın yanında yaşıl parça nə gəzir?! Mən elə geyinməzdim, heç kəs dediyim sözü şişirtməsin və şəxsisinə qəbul etməsin. Çünki söhbət obrazdan gedir. Sizin şəxsiyyətinizdən yox".

Elnarə Xəlilovan Faiq Ağayev və Aygün Kazımovanı şou-biznesdə nömrə bir adlandırıb.

O, "W-Trio" qrupunun üzvlərindən Natavan Həbibi və Röya Ayxandan da söz açıb: "Məni görən o qızları, o qızları görən isə məni xatırlayır. Bu çox təbiidir. Adəti üzrə qızları soruşdular və mən də nəsə dedim. Bu, qızların xoşuna gəlmədi. Natavan Həbibi İnstaqram hesabında yazmışdı ki, "Bircə sənin yadından çıxsaydıq". Amma yenə adını çəkdim, guya özümə söz vermişdim.

Natavan, dönə-dönə üzr istəyirəm, sənin adını çəkdiyim üçün! Səni unuda bilmirəm, hamısı böyük sevginin əlamətidir. Heç kimin arxasınca pis söz danışmamışam və danışmaram da. Çünki onlarla bəlli bir həyat yolu keçmişəm. Gözəl illər idi. Özümə söz vermişdim və sözümün üstündə dura bilmədim. Mehribançılıq olmaması üçün mənim bir səbəbim yoxdur. Düşünürəm ki, onların da olmamalıdır. Hamının hər şeyi var, evi, gözəl övladı, sənəti. Şükür Allaha hər şeyi var".

Elnarə Xəlilova onu da deyib ki, Röya Ayxan, Lalə Məmmədova və Tünzalə Ağayevanın zövqünü bəyənmir: "Zövqümcə deyil, bu da mənim fikrimdir. Mənim geyimim də onların zövqü ilə olmaya bilər və mən buna çox normal, rahat yanaşıram. Samira Allahverdiyevanın, Xuraman Şuşalının geyimini bəyənirəm".

İfaçı xalq artisti Miri Yusifi tənqid edib: "İfa etdiyi heç bir mahnı zövqümcə deyil. Musiqiyə qulaq asanda qıcıq oluram. Görürəm ki, Azərbaycan dilinin anasını ağladıblar".

Qeyd edək ki, Elnarə Xəlilova ilə stilist Elnur Həsənov qalmaqal yaşayan zaman əməkdar artist Lalə Məmmədova stilisti müdafiə etmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər