9 Fevral 2022 13:27
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərli televiziyaya çıxmaq üçün qonorar tələb edən müğənni Xatirə İslamı dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli bu məzmunda İnstaqramda hekayə bölümündə video paylaşıb:

"Son günlər Xatirə İslamın Azərbaycan teleməkanlarından qonorar tələb etməsi diqqətimi çəkdi. Xatir İslam yerdən-göyə qədər haqlıdır. Ona görə yox ki, o, vaxtında tanınmaq üçün efir məkanlarına pul xərcləyib. O, pul xərcləyib və pulu geri almalıdır, yox... Sadəcə bir sənətçi televiziyanı qazandırırsa, televiziya da sənətçini qazandırmalıdır. Bu bir həqiqətdir və dünyanın hər yerində belədir. Azərbaycan sənətkarlarla dolu bir ölkədir.

Biz televiziya rəhbərlərinə demirik ki, toya beş min manata gedən müğənniyə beş min ödəyəsiniz. Yüz manat da olsa, hallalıq olar. Əksər televiziya rəhbərlərinin villası, arvadlarının, uşaqlarının sürücüləri var. Siz bunları artistlərin və sponsorların sayəsində etmisiniz.

Sponsor reytinq verən verilişlərə gəlir, reytinqi isə məşhurlar verir. Mən sizdən pul da tələb etmirəm və yaxın on ildə bu gözlənilmir. Amma bunu bilin ki, Xatirə İslam pul tələb etməkdə haqsız deyil.

Televiziyalarda 15 saniyəlik reklam 1500 manat, 30 saniyəlik reklam isə 2000 min manatdırsa və gün ərzində reklamların sayına baxanda məncə qonorar verməlisiniz. Özəl telekanallar, çox pul qazanırsınız. Az da olsa sənətkarlara maaş verməlisiniz".

Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xose televiziyalara çıxmaq üçün qonorar tələb edirlər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər