Məşhur klarnetçi Hüsnü Şənləndirici İstanbulda verdiyi konsertdə Esenyurtda saxlandığı evdə həbs olunan keşmiş sevgilisi Dəniz Səkinin "Ədalətsiz Seçim" adlı mahnısını ifa edib.
Teleqraf.com-un "Sabah" istinadən xəbərinə görə, məşhur klarnetçi Hüsnü Şənləndirici İstanbulda Hakan Altun ilə birlikdə konsert verib.
Konsertdə sevilən əsərləriylə musiqisevərlərə zövq verən Şənləndirici repertuarına köhnə sevgilisinə aid bir mahnını da daxil edərək qonaqlarını çaşdırıb. Şənləndirici konsertdə 6 aylıq axtarışdan sonra bu günlərdə Esenyurtda qaldığı evdə həbs olunan Dəniz Səkiyə aid "Ədalətsiz Seçim" adlı mahnısını da çalıb.
Şənləndirici həbsxanada olan keçmiş sevgilisinin mahnısını çalarkən, konsertə qatılan musiqi həvəskarları də bir ağızdan mahnının sözlərini oxuyub.
Nihad