14 Fevral 2022 15:39
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avroviziya 2011” qalibimiz Nigar Camal Sevgililər günündə fanatlarına hədiyyə edib.

Teleqraf.com xəbər verir ki, sənətçi “Gəl, qucaqla məni” adlı klipini rəsmi “Youtube” kanalında paylaşıb.

Sözləri Leyli və İsmayıl Əsədova, musiqisi İsmayıl Əsədova aid mahnını Eko Ağalarov ekranlaşdırıb.

“Bu gün bütün dünyada Sevgililər günü kimi qeyd edilir. Düşünürəm ki, sevgini ən gözəl ifadə etməyin yollarından biri də qucaqlaşmaqdır. Qucaqlaşarkən beyin endorfin istehsal edir. Qucaqlayıb gözlərimizi yumuruq, sanki dünyanın xoşbəxti bizik. Mən hər kəsə sevdiyini və ona layiq olan insanı tapmağı arzu edirəm. Bayramınız mübarək! Sevin, sevilin! Bu mahnı da məndən sizə bayram hədiyyəsi olsun. Bir-birinizi tez-tez qucaqlayın! İnsanın ömrü uzanır. Mən demirəm, alimlər belə deyir!”, - deyə, Nigar Camal yeni layihəsi haqda danışıb.

Qeyd edək ki, çəkilişləri üç gün, dörd ayrı məkanda reallaşan ekran işi üçün Nigar 5 saatadək vannada qalıb. Müğənni klipdə 4 libas dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər