Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla Sevgililər gününü məkanaların birində qeyd edib.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı həyat yoldaşıyla rəqs videosunu İnstaqramda payalaşaraq sevgisini bildirib: "Sevgi yalnızlığa çarədirmi? Yoxsa ürəyinə dustaq edərmi? Ya da uçururmu, qəfəsindəki çırpınan quşu azad buraxırmı? Sevgi nədir? Sevgi sevməkdir, dozası yoxdur.
Qorxmayın doya-doya sevin, sarılın, yalnız özəl günlərdə ona sevdiyinizi söyləməyin. Unutmayın, həyat çox qısadır, hər anınızı doya-doya yaşayın".
Xoşqədəm Hidayətqızının paylaşımına isə Doğuş "Bizdə hər gün Sevgililər günü, uşaqlarımın anası, Hürrəm Sultanım...", - deyə cavab verib.
Qeyd edək ki, cütlüyün əkiz övladları var.