Azad Azərbaycan Televiziyasında (ATV) Vüsalə Əlizadənin aparıcılıq etdiyi "7 canlı" verilişi növbəti dəfə yarımçıq dayandırılıb.
ATV-nin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Teleqraf.com-a bildirilib ki, səbəb texniki problemdir: "Verilişin yarımçıq dayandırılması texniki problemlə bağlıdır. Həmin veriliş yenidən yayımlanacaq".
Qeyd edək ki, proqramda xalq artistləri Məleykə Əsədova və Niyaməddin Musayev qonaq olub.
Veriliş başladıqdan 1 saat 11 dəqiqə sonra Vüsalə Əlizadənin reklam təqdimatı yarımçıq kəsilib. Onun yerinə "Külləmə" adlı komediya şousu yaylmlanıb.