Müğənni Nura Suri sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Nura Suri boşanmış qadınlara cəmiyyətin mənfi münasbətini pisləyib:
"Boşanmış qadının kişi ilə münasibətinə əxlaqsızlıq kimi baxan cəmiyyətimiz var. Deməli, kiminsə cibinə girmək, rüşvət almaq, şər-böhtan atmaq, qeybət etmək əxlaqsızlıq deyil, amma həyatında sevgi, ya seks varsa, əxlaqsızlıqdır. Beynim error verdi. Uşaq vaxtı ailəlikcə müharibə filmlərinə baxmaq normal idi, sevgi filmlərinə baxmaq anormal. Bütün problemlər elə o vaxtdan başlayıb. Adam öldürmək ayıb deyil, adam sevmək ayıbdır.
İnsanın suya, havaya, yeməyə ehtiyacı olduğu kimi, əsas ehtiyaclarından biri də sevgidir. İnsan belə yaradılıb. Yəni sizin dünyaya gəlişiniz sevginin nəticəsidir. Həyat tərzinizlə düşüncələriniz, düşüncələrinizlə danışdıqlarınız o qədər fərqlidir ki, özünüzü bir şəxsiyyət kimi formalaşdıra bilmirsiz çoxunuz. Öz hisslərinizi dilə gətirməyə qorxursuz, fikirlərinizlə sözləriniz uyuşmur.
Öz acizliyinizi sizdən güclü insanları şərləməklə, söyməklə ört-bastır etməyə çalışırsız. Kiminsə səviyyəsinə çatmağa yox, öz batağlığınıza salmağa çalışırsız. Hətta yazdığım bu statusu belə dərk etmə qabiliyyətiniz yoxdur bəzilərinizin.
Özünüzü olduğunuz kimi təqdim etmək cəsarətiniz yoxdur. Hər kəsin yanında fərqli obrazlara girirsiz. Özünüzü olmadığınız kimi göstərməyə can atırsız. Hətta bəyənmədiyiniz geyimi belə dəb olduğuna görə, alıb geyinə bilirsiz. Bütün günü onun-bunun yatağını, şəxsi həyatını utanmadan müzakirə edirsiz, adını da namus, qeyrət qoyaraq".