19 Fevral 2022 23:33
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilb.

Teleqraf.com xəbər verir ki, Qırğızıstan Bəstəkarlar İttifaqının idarə heyətinin iclasında Qırğızıstan Bəstəkarlar İttifaqının sədri, əməkdar mədəniyyət xadimi, Toktoqul adına Dövlət mükafatının laureatı Turdubek Çokiyev Elza Seyidcahanın həyatı və yaradıcılığı haqqında məlumat verib.

Turdubek Çokiyev Elza Seyidcahanın Qırğızıstanda keçirilən “Issık-Kul Musiqi Müsabiqəsi”nin qalibi olduğunu, TÜRKSOY-un xüsusi mükafatını qazandığını vurğulayıb.

Bəstəkarlar İttifaqının sədri vurğulayıb ki, Elza Seyidcahan və Azərbaycandan gələn digər musiqiçilər bu il keçiriləcək "Issık-Kul- Türkün inci dünyası” festivalına qatılacaq. Festivalda Leyla Əliyevanın sözlərinə yazılmış “İssık Kul” mahnısı müxtəlif dövlətlərin ifaçıları tərəfindən 12 dildə təqdim ediləcək.


Müəllif: Teleqraf.com