Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov Baş prokuror Kamran Əliyev tərəfindən mükafata layiq görülüb.
Teleqraf.com xəbər verir ki, Murad Dadaşov bu haqda İnstaqram hesabında məlumat paylaşıb: "Bü gün Xəzər Media Mərkəzinə “Prokurorluğun dostu” mükafatın təntənəli təqdim edildi. Azərbaycan Respublikasının Baş prokuroru, cənab Kamran Əliyevdən şəxsən bu mükafatı qəbul etmək xüsusi ilə xoş oldu.
Son zamanlar Baş Prokurorluğla media əməkdaşlığımız geniş və çox konstruktiv formatda inkişaf edib. Çoxsaylı süjetlər, xüsusi layihələr, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar və müəyyən istiqamətlərdə birgə fəaliyyətimiz var.
Mükafata görə Baş Prokurorluğun rəhbərliyinə, əməkdaşlarına həm də bizim layihələrimiz üzərində çalışan media əməkdaşlarına təşəkkürümü bildirirəm".