23 Fevral 2022 12:19
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Gülüstan Əliyeva- MTV Azərbaycan kanalında “Üzə-düz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Gülüstan Əliyeva oğlundan danışıb: “Oğlum ailə quranda məsləhətli seçim oldu. Artıq gənc oğlan idi, biz oturub söhbət edirdik. Ona dedim ki, ətrafımızda dostlarımız, qohumlarımız var. Üstəlik atan tərəfindən bizə daxil olan dostlar var. Təbii ki, onların da ailəsində qız övladı var, bax və seçimini et.

Düzdür, mən ona məcbur etmədim ki, bu belə olmalıdır. Sadəcə dedim ki, mənim tanımadığım ailənin övladını evimizə gətirmə. Övladımı təkbaşıma böyütmüşəm. Bəlkə də atası olsaydı, mən bu şeyləri deməzdim. Əlbəttə, hadisələr başqa cür cərəyan edərdi. Oğlumun həm atası, həm anası olaraq atanın üzərinə düşən söhbətləri də mən danışmalıydım.

Oğlum sağ olsun, mənim məsləhətlərimi dinləyib, əməl edib. Ailə elə bir şeydir ki, bir dəfə seçib, bir dəfə ailə qurursan. Səhv etmək olmaz. Qayınana kimi lazımı olan yerdə sözümü deyirəm, məsləhətlərimi verirəm. Amma gəlinimlə rəfiqə kimiyik. Hətta oturub dərdləşirik. Ailədə həmişə gəlinimin tərəfindəyəm".

Əməkdar artist bit müddət əvvəl haqqında yayılan şayiələrə də münasibət bildirib: “İnstaqramda bir foto paylaşdım, amma xanım mənim qızım yox, bacımın qızı idi. Mənim qızım olsaydı, xoşbəxt olardım. Dörd-beş övladımın olmasını istəyirdim. Bir oğlum var, bunu da hamı bilir. O fotodan sonra çox pis rəylər oxudum.

Ay insanlar, axı məsələnin əslini bilirsiniz. Təəssüf ki, o söz-söhbət bizi cəmiyyətdə gözdən salmaq üçün olur. Suallar yarandı ki, guya Gülüstan Əliyeva ikinci dəfə ailə qurub, ya kimləsə yaşayır. Olmayan şeyləri yazmayın, ayıbdır. Mən də başqa sənət adamları kimi o yazarları məhkəməyə verib, təzminat da ala bilərəm. Amma bu şeyləri özümə yaraşdırmıram. Açıqlama isə ona görə vermədim ki, hər kəs həqiqəti bilir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər