Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, Rusiyanın "Birinci kanal"ının aparıcısı Maksim Qalkin ölkəsinin Ukraynaya ilə müharibə etməsinə qarşı çıxıb.
Teleqraf.com xəbər verir ki, Maksim Qalkin İnstaqram hesabında Ukraynaya dəstək nümayiş etdirib:
"Səhər tezdən Ukraynada yaşayan qohumlar və dostlarla əlaqə saxlamışam. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu necə mümkündür!? Müharibəyə heç bir bəraət qazandırmaq olmaz! Müharibə yox!"