Türkiyədə yaşayan aktrisa, əməkdar incəsənət xadimi Məlahət Abbasova Ukrayna Prezidenti Vladimir Zelenski haqqında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Məlahət Abbasova "Show News" İnstaqram səhifəsinin şərh bölməsinə aktyorun prezident olmasına qarşı çıxıb:
"Volodimir Zelenski aktyor, ssenarist və rejissordur. Siyasət onun işi deyildi. Komediya aktyoru siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar?! Adama deyərlər ki, get aktyorluğunu et. Əlbəttə ki, müharibədə yalnız qalacaqdı".