25 Fevral 2022 14:26
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Azər Aydəmir aktrisa Məlahət Abbasovanın Ukrayna prezidenti Vladimir Zelenski haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Azər Aydəmir sosial şəbəkədə Məlahət Abbasovanı tənqid edib: "Məlahət xanım öz seçdiyi sənətə hörmət eləmirsə, bu onun problemidir. Görünür, Məlahət xanımın həyatında möhkəm, lider və əsl kişi aktyor partnyoru olmayıb. Xanımın məsələyə siyasi təfəkkürlü sənət adamı deyil, Azərbaycan seriallarına baxan orta statistik qadın kimi fikir bildirməsi təəsüf doğurur".

Qeyd edək ki, Məkahət Abbasova Ukrayna prezidenti haqqında "Vladimir Zelenski aktyor, ssenarist və rejissordur. Siyasət onun işi deyildi. Komediya aktyoru, siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar?! Adam deyərlər ki, get aktyorluğunu et. Əlbəttə ki, müharibədə yalnız qalacaqdı",-vurğulayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər