22 Noyabr 2014 12:25
1 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış türkiyəli aktrisa Tuba Büyüküstün “Emmy” mükafatının təqdimetmə mərasiminə qatılmaq üçün Amerikaya yola düşüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “20 dəqiqə” teleserialındakı aktyorluq qabiliyyətinə görə finala yüksələn aktrisa tədbirə həyat yoldaşı Onur Saylak gedib.

Bu il 42-ci dəfə baş tutacaq “Emmy” mükafatına “Ən yaxşı aktrisa” kateqoriyasında namizədliyi irəli sürülən T.Büyüküstünün rəqibləri ingilis Olivia Kolman, argentinalı Romina Qaetani və hollandiyalı Bianka Kriyqsmandır.

Xatırladaq ki, sözügedən mükafat ABŞ xaricində yayımlanan televiziya proqramlarının ən yaxşılarına təqdim olunur.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər