Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov Azad Azərbaycan Televiziyasında "Mət-bəxt" verilişi ilə efirə çıxmağa hazırlaşərlar.
Teleqraf.com xəbər verir ki, bu haqda "Zaurla Günaydın" verilişində Coşqun Rəhimov məlumat verib: "Bizim efirimiz başlayır. Proqram yarışma xarakterli olacaq və qalibə on min manat pul təqdim ediləcək. ATV rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Ümumiyyətlə, kanal kollektivinə çox sağ ol deyirik. Verilişimiz böyük bir fasilədən sonra efirdə yayımlanacaq. Gəlişimizə sevindilər təşəkkür edirik. Bəziləri efirə çıxmağımıza sevinmədilər. Efirdə elə bir hal var ki, o, məni vurmağa gəldi. Xeyr, bu belə deyil. Hər bir layihənin və aparıcının öz tamaşaçısı var".
Rafael İsgəndərov isə "Biz sadəcə pul qazanmağa gəldik. Pamdemiyadır və konsert yoxdur", - deyə vurğulayıb.
Qeyd edək ki, yarışma xarakterli verilişdə aktyorlar qadın obrazında çıxış edəcəklər.