Xalq artisti Flora Kərimova Azad Azərbaycan Televiziyasında qonaq qolub.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova maddi baxımından necə təmin olunduğunu açıqlayıb: "Dövlətimizin və oğlumun himayəsindəyəm. Bir tərəfdə oğlum, bir tərəfdə millətim, bir tərəfdə hökümətim...Ancaq bütün sənətkarlar elə deyil axı.".
Qeyd edək ki, Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva İngiltərədə, oğulluğa götürdüyü bacısının oğlu Oqtay isə Almaniyada yaşayır.