7 Mart 2022 15:51
3 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli "Şourum" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərli ailə qurmaq istəyini dilə gətirib:

"Ürəyim doludur, boş deyil. Amma hələ düşünürük. Mərhələ var, onu keçə bilsək hamınız biləcəksiniz. Qismət olarsa, niyə də ailə qurmayım?! Küçə-küçə gəzməkdənsə ailəm olsun. Bir dəfə səhv elədim, 16 illik ailəmi hər kəsdən gizlətdim ki, şəxsi həyatıma heç kim qarışmasın. Amma şəxsi həyatımı yaxşı dağıda bildilər. Bu dəfə elə etmək istəmirəm".


Müəllif: Rəqsanə Həsənova