Xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Lalə Məmmədova arasında anlaşılmazlıq yaranıb.
Teleqraf.com xəbər verir ki, şəbəkə izləyiciləri Lalə Məmmədovanın özünü Brilliant Dadaşovaya bənzətdiyini iddia ediblər.
Şəbəkə izləyicisinin "Özün ol, Brilliant Dadaşovanın təsirindən çıx" iradı Lalə Məmmədovanı əsəbləşdirib.
Əməkdar artist İnstaqramda hekayə bölümündə izləyicini saxta profildən yazmaqda ittiham edib: "Sayənizdə bir xeyli güldüm, özüm sizi bloka atmıram. Hər yerdə, İnstaqramda, "Yutub"da eyni mesajları yazırsınız. Adınız da gah Samirə, gah Murad olur. İndi deyin, kim özü kimidi? Rahat olun, öz həyatınızı yaşayın. Necə ki, mən rahatam".