23 Noyabr 2014 14:05
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Keti Topuriya “Ketione” adlı geyim kolleksiyası hazırlayıb.

Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, bütün libaslar müğənninin səhnə geyimləri əsasında tikilib və gündəlik gəzintilər üçün nəzərdə tutulmayıb.

Kolleksiya əsasən bej, qırmızı, qara, ağ, açıq yaşıl rəngli ətəklərdən və donlardan ibarətdir. Ketinin sözlərinə görə, artıq həmkarlarından bəziləri səhnə üçün həmin geyimlərdən sifariş veriblər.

Qeyd edək ki, libasların reklam çəkilişlərində "Prada”, “Miu Miu”, “Victoria's Secret” kimi brendlərlə əməkdaşlıq edən tanınmış model Darya Malıqina iştirak edib.

Teleqraf.com fotoları təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər