16 Mart 2022 21:13
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur aktrisa Farah Zeynep Abdullah Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, aktrisa baş rolunu oynadığı "Bergen" filminin “Park Cinema Flame Towers” kinoteatrında baş tutacaq qala gecəsinə qatılıb.

Aktrisa ölkəmiz haqqında təəssüratlarını dilə gətirib: "Azərbaycana üçüncü dəfədir ki, gəlirəm. Əvvəl gəlmişdim, Bakıyı çox sevirəm. "Bergen" obrazını oynamaq mənim üçün fərqli idi. Obraz özəl xarakter idi. Filmin hekayəsindən çox təsirləndim".

Aktrisa geyimindən də danışıb: "Çox sevərək geyim seçirəm. Öz zövqümə uyğun geyinirəm".

Filmin yaradıcı heyətindən Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və digər aktyorlar da qala gecədə iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər