18 Mart 2022 23:26
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Bakıda canlandırdığı "Bergen" filminin təqdimatında iştirak edən türkiyəli aktrisa Farah Zeynep Abdullah ölkəmizdən paylaşım edə bilmədiyi üçün şikayətlənib.

Teleqraf.com xəbər verir ki, aktrisa İnsaqramda hekayə bölümündə bu sözləri yazıb:

"Vodafone" sağ olsun, Azərbaycanla müqaviləsi olmadığı üçün sosial mediadan uzaq qaldım. 20 MB 35 lirə, 50 MB isə 80 lirə imiş. İnternetdən istifadə etmədim. Nə isə... Paylaşım etmək üçün gözəl fotolar çoxdur".

Aktrisa daha sonra azərbaycanlı müğənni Hisslə görüntülərini paylaşıb.

Sözügedən fotonu təqdim edirik:


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər