20 Mart 2022 01:01
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə həmkarı Səidə Sultanın bəzilərinə "qıjı" dediyi videosunu paylaşaraq ona dəstəyini nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə ifaçının "TikTok" platformasında paylaşdığı videosunu şəxsi İnstaqram səhifəsində paylaşaraq "Ürəyimdən keçənləri o qədər yerində deyirsən ki...İndi isə izah edirəm: "Qıjı" nə kənddən gələnə, nə də şəhərdə olana deyilmir. Özünü apara bilməyən, zövqsüz, mədəniyyətsiz, tərbiyəsiz və bu kimi xüsusiyyətlərə malik olan adamlara "qıjı" deyilir", - deyə qeyd edib.

Səidə Sultan isə vidoeda bu sözləri qeyd edib: "Heç vaxt demirdim, amma indi deyirəm, biz artıq "qıjılaşmışıq", artıq "qıjıyıq". Kimin xətrinə dəyir, öz payına götürürsə, özü bilər, halal xoşu olsun. Amma çox heyif, musiqimiz də o qıjılara görə, bərpad günə qalıb. Davranışımız da, şəhərimiz də onlara görə pis günə qalıb. Bəzən bezirik. Siz "qıjılara" görə nə qədər azərbaycanlı vətəndən gedir. "Ay qıjılar", çoxsunuz, nə edək, dözməliyik. Gəlin bir gün "qıjı" bayramı keçirək”. "Qıjılar" bayramınız mübarək".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər