Rəqqasə Fatimə Fətəliyeva şairə Nazilə Səfərlinin ünvanına sərt sözlər deyib.
Teleqraf.com xəbər verir ki, rəqqasə İnstaqramda canlı yayım açaraq şairəninin cavabını verib:
"Ailəm, oğlum, qızım, həyat yoldaşım, kürəkənim, nəsil-köküm var. Ona görə də Nazilə Səfərli, ağzını yum, yerində otur. Sən yadına sal ki, neçə il əvvəl mənim mağazama gəlib, ərəb rəqsi üçün paltar götürmüsən. Və hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Kimin üçün ərəb rəqsi oynamısan?! Mən ərəb rəqsi oynayıb ailəmi, övladımı saxlamışam. Uşağım ac qalmamaq üçün ailəmi dolandırmışam. Mənə söz atıb, nəslimi söyüb. Sən niyə dinc oturmursan? Mən Fətəliyev nəslindənəm. Sən haradan gəlmisən? yadına sal?! Bu gün sən rus və ingilis dilli olmusan, elə bilirsən ki, əvvəl gələn halın örtüldü? Yadına sal ki, necə gəlmisən?! Mən şəhər qızıyam. Mənim valideynlərim ziyalıdırlar".
Qeyd edək ki, Nazilə Səfərli bir neçə gün öncə ad çəkmədən bu sözləri yazıb: "Bir rəqqasə reklam etdiyi məkanların birinə zəng edib, qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kor-kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim böyüyümüz olub. Stolun üstündə köbək rəqsi etməyə icazə verməyiblər deyə incə qala bilməmişik, kor-kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan, dingildəndiyin masalar qırılar. Bağışla...".