20 Mart 2022 17:53
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərlinin ünvanına sərt sözlər deyən rəqqasə Fatimə Fətəliyevanı məhkəmə ilə hədələyib.

Teleqraf.com-un xəbərinə görə, Nazilə Səfərli bu haqda İnstaqramda məlumat verib:

"Guya 2000-ci ildə onun mağazasından ərəb paltarı götürmüşəm. Toy mərasimim 1996-cı ildə olubsa, 2000-ci ildə bir yaşında oğlum var idi. Heç bir toya, məclisə getmirdim. Ümumiyyətlə, evdar qadın idim. Bakı Metropolitenində tunel qurğuları xidmətinin rəisi olan rəhmətlik Novruz Cəfərovun gəlini idim. 2005-ci ildən sonra isə toylarda tamada qismində çıxış edirdim. Ona görə də ərəb paltarına ehtiyacım ola bilməzdi.

2012-ci ildə Fatimə Fətəliyevanın xonça mağazası vardı. Rəqs paltarlarını kirayə verirdi. Dəfələrlə milli rəqslərin paltarlarını o mağazadan götürmüşdüm, həmçinin də ərəb paltarlarını götürə bilərəm. Mənə çoxları yazır ki, ərəb paltarını götürüb, hara getmişdin? Fatimə də yazır ki, hara getmişdin? İndi bilmişəm ki, Fatimə ərəb rəqsi oynayan imiş. Mən elə bilirdim hind rəqsi oynayır.

Hər zaman çəkim 80-85 kq olub. Onun paltarını üzərimdə təsəvvür edirsiniz?! Tutaq ki, ərəb paltarını almışam. Fatimənin paltarı hansı hissəmdə dayanar?! Fatimə, sən nə iş gördün? Mən sənin adını çəkməmişəm, sözünü danışmamışam.

Niyə bu həddə çatdırdın ki, məhkəmə predmeti olan şərəf və ləyaqətin alçaldılmasını dilinə gətirdin? Mən qürurla deyirəm, əsgər anasıyam! Mən müəllim anasıyam. Uşaqlarım içki nədir bilməz. Elə oğlanların anası gizlində "oriental" oynamaz. Mənim öz qaydalarım, özümə qoyduğum qadağalarım var. Sənin sözünə inanan, sənin tayların olar. Evində belə videonu çəkməyə icazə vermirdilər. Sən bütün hallarda üzr istəməlisən! Yaxud da səhifəndən canlı yayım edib, üzr istəməlisən. Çünki sənin adını heç harda çəkməmişəm. Ya da dediklərini sübut etməlisən. Sən bir əsgər anasının əxlaqına dil uzatdın?!

Dövlətin qanunları, məhkəməsi var. Ora gələrsən! Martın 28-də doğum gününü qeyd edirsən. Həmin günü sənə hədiyyəm məhkəmə olacaq. Məhkəməyə qədər üzr istəməyə şansın var".

Qeyd edək ki, Fatimə Fətəliyeva ötən gün İnstaqramda canlı yayım açaraq şairə haqqında ittihamlar səsləndirib: "Yadına sal ki, neçə il əvvəl mənim mağazama gəlib, ərəb rəqsi üçün paltar götürmüsən. Və hara getmisən, kim üçün ərəb rəqsi oynamısan yadına sal".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər